725
17:16
14 Dekabr 2019

Yanğın ot tayasından "QAZel"ə keçdi, şüşəsi əridi...

Cəlilabad rayonunda yanğın olub.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Bəcirəvan kəndində həyətyanı sahəyə yığılan 750 kq ot bağlamasının 350 kiloqramı və yaxınlıqda dayanan “QAZel” markalı yük avtomobilinin banının örtüyü yanıb.

Yüksək temperaturdan avtomobilin kabinəsinin şüşəsi əriyib. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.