2239
18:35
14 Dekabr 2019

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib, yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb.

Bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

Əlavə məlumat veriləcək.

***

Saat 18:25

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb.

Bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

Saat 18:20

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın saat 18:00 dəqiqədə məhdudlaşdırılıb.

Bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

Saat 17:52

Bakıda bazar yanır.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.