939
19:57
14 Dekabr 2019

FHN-in əməkdaşı dünya çempionu oldu


Dekabrın 10-13-də Ukraynanın Xarkov şəhərində şaolin sanda növü üzrə dünya çempionatı baş tutub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, Azərbaycanı bu yarışmada nazirliyin əməkdaşı Təbriz Qasımov təmsil edib.

O, 75 kq-lıq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Qeyd edək ki, dünya çempionatında 27 ölkədən 750 idmançının qatılıb.