597
10:17
15 Dekabr 2019

Bu ölkədə avtobus dərəyə yuvarlandı: 14 ölü

Bu gün Nepalda zəvvarların olduğu avtobus 500 metr yüksəklikdən dərəyə yuvarlanıb.

APA-nın “Himalayan Times” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Sindxupalçok rayonunda baş verib.

Qəza nəticəsində 13 nəfər ölüb, ondan çox insan yaralanıb. “Sinxua” agentliyi isə xəstəxanaya yerləşdirilən yaralılardan birinin öldüyü, bununla da ölənlərin sayının 14 nəfərə çatdığı, 16 nəfərin isə xəsarət aldığı barədə məlumat yayıb.

Avtobusda ümumilikdə 32 nəfər olub. Sürücü qəza yerindən qaçıb.