610
23:18
15 Dekabr 2019

64 yaşlı qadının boyunu qırıldı

Daşkəsən sakini ehtiyyatsızlıq üzündən xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İsmət Qayıbov küçəsində qeydə alınıb.

Rayon sakini, 1955-ci il təvəllüdlü Cəfərova Rəfiqə Haqverdi qızı yaşadığı evdə yıxılıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. 64 yaşlı qadına boyunun qırığı diaqnozu qoyulub.

R.Cəfərovaya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.