930
01:30
16 Dekabr 2019

Bakıda əri tərəfindən döyülən qadın özünü binadan atıb

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Ş.Ə əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb.

Xətai Rayon Prokurorluğunun əməkdaşları özünü binadan atan qadının ərini saxlayıb.