1452
12:48
14 Yanvar 2020

Hakan Şükür taksi sürücüsü oldu


Türkiyə yığmasının və “Qalatasaray”ın keçmiş futbolçusu Hakan Şükür taksi sürücüsü fəaliyyətinə başlayıb.

Lent.az -ın Almaniya mətbuatına istinadən məlumatına görə, sabiq hücumçu ABŞ-da “Uber” taksi şirkətində işləyir və kitab satışı ilə məşğuldur.

Fətullahçı Terror Təşkilatına (FETÖ) maddi dəstək verdiyi iddiası ilə haqqında həbs qərarı çıxarılan və əmlakı müsadirə olunan Hakan Şükür ailəsi ilə birlikdə 2015-ci ildə ABŞ-a qaçmışdı. Kaliforniyada “Tuts Bakery-Cafe’’ adlı restoran açan Şükürün həmin biznesi iflasa uğradığından, o, taksi sürməyə başlayıb.

Qeyd edək ki, Hakan Şükür Türkiyə yığmasında 112 oyunda 51 qola imza atıb.