765
17:21
14 Yanvar 2020

Azərbaycanda ərzaq anbarı yandı

Astarada yanğın baş verib.

Lent.az -a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, rayonda ümumi sahəsi 612 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ərzaq malları 70 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.