1338
18:22
14 Yanvar 2020

Nəcəf Nəcəfova həsr edilmiş film təqdim olunacaq

Kino Evində daha bir yeni filmin təqdimatı olacaq.

Lent.az xəbər verir ki, təqdim ediləcək sənədli film mərhum jurnalist –publisist Nəcəf Nəcəfova həsr edilib.

“Vətəndaş Nəcəfov” adlı film ARB-Aranfilm Yaradıcılıq Mərkəzinin istehsalıdır.

Filmin rejissoru Turan Yaqublu, operatoru Rafiq Əliyev, direktoru Nicat Məmmədovdur.

Bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Təqdimat yanvarın 24-də saat 19.00-na planlaşdırılıb. Ünvan: Həsən Seyidbəyli-18.