3542
13:37
18 Yanvar 2020

"Anam ikinci dəfə ƏRƏ GEDİB" - Azərbaycanlı müğənni

"Atam evlənəndən 3 il sonra anamı atıb getdi. Həmin vaxt anam Fədayəyə hamilə idi. Aradan 7-8 il keçəndən sonra anamı başqa kişiyə ərə veriblər. O vaxt deyirdilər, dul qadındır, adına söz çıxmasın, namus əldən gedər...".

Lent.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda "Zaurla Günaydın" verilişində deyib. Ailəsindən danışan müğənni anasının ikinci dəfə ərə getdiyini söyləyib. O bildirib ki, digər iki bacısı ögeydir:

"Sonra iki bacım doğuldu. Ana bir, ata ayrıyıq. Amma aramızda ögey mövzusu olmayıb.

Anam hökmlü olsaydı, ərini əlindən almazdılar, sevdiyi oğlanı başqasına verməzdi. Atam atalıq görəvini yerinə yetirmədi. İllər sonra xəstə oldu, biz ona baxdıq. Biz övladlıq görəvimizi yerinə yetirdik".