3480
16:51
18 Yanvar 2020

Dünyanın varlı adamlarının siyahısında lider DƏYİŞDİ


LVMH holdinqinin (Louis Vuitton, Hennessy, Christian Dior и Dom Perignon və digər brendlərin sahibidir) rəhbəri Bernar Arno “Forbes”in versiyası üzrə dünyanın ən varlı adamlarının siyahısında birinci olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Amazon”un rəhbəri Ceff Bezos ikinci yerdə qərarlaşıb.


Bernar Arnonun varidatı 117 milyard, Ceff Bezosunku isə 115,6 milyard dollar qiymətləndirilir.


Dünyanın ən varlılarının beşliyi belədir:

* LVMH-nin rəhbəri Bernar Arno (117 milyard dollar)

* “Amazon”un rəhbəri Ceff Bezos (115,6 milyard dollar)

* “Misrosoft”un yaradıcısı Bill Qeyts (110,6 milyard dollar)

* İnvestor Uorren Baffett (90,6 milyard dollar)

* “Facebook”un yaradıcısı Mark Tsukerberq (82,2 milyard dollar)

Xatırladaq ki, Ceff Bezos iki il dalbadal (2018 və 2019) “Forbes”in versiyasına görə dünyanın ən varlı adamlarının reytinqinə başılıq edib. “Amazon”un rəhbəri də jurnalın hazırladığı siyahıda birinci yeri tutub. O, onilliyin ən uğurlu milyarderlərindən biri sayılır. Ceff Bozes 2010-cu ildən bəri 97,4 milyard dollar varlanıb.