1233
17:09
18 Yanvar 2020

Bakıda narkotik daha bir gənci öldürdü

Bakıda küçədə meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, rayon sakini, 31 yaşlı Əsgərov Ədalət Hacıbaba oğlu olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı Ə. Əsgərovun narkotikdən zəhərlənərək öldüyü məlum olub.