2908
18:43
18 Yanvar 2020

Bu qız elə tort bişirir ki... yeməyə qorxurlar - FOTOLENT

Britaniyanın Lankaşir qraflığından olan 28 yaşlı Molli Robbins makiyaj sənətindən imtina edərək əsl məşğuliyyətini tapıb.

Lent.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Molli hazırda inanılmaz dərəcədə heyvanlara bənzəyən elə real 3D tortları və pirojnaları hazırlayır ki, insanlar hətta onları yeməkdən qorxurlar.

Mollinin bütün çərəzləri olduqca böyük həcmdədir. Qızın sözlərinə görə, heyvanlara bənzəyən tortların hazırlanmasına bir neçə saatdan bir həftəyə qədər vaxt sərf edir.

İnsanlar da Robbinsə öz pişikləri və itlərinin şəkillərini yollayaraq onların şirin bənzərlərini hazırlamasını xahiş edirlər. Lakin belə desertləri hamı yeməkdən uzaq durur.

Yeri gəlmişkən, Böyük Britaniyadan olan qənnadçı Corc Makkalum da sosial şəbəkədə özünün realist desertləri ilə şöhrət qazanıb. Onun bacıları üçün hazırladığı tort insanları qorxudub.