956
18:55
18 Yanvar 2020

Bakıda gənc oğlan evdən çıxıb getdi

Bakıda 23 yaşlı oğlan itkin düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 43 yaşlı Təranə Rəhimova polisə ərizə ilə müraciət edərək oğlu, 23 yaşlı Röyal Rəhmanzadənin yaşadığı evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.