2998
22:09
18 Yanvar 2020

Gəncədə qadın piyadanı maşın vurub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

1954-cü il təvəllüdlü Qarayeva Qəndab Əli qızı yolu keçmək istəyərkən maşın onu vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.