748
02:19
19 Yanvar 2020

Bakıda orta yaşlı kişi müəmmalı şəraitdə bıçaq xəsarəti alıb

Bakının Nəsimi rayonunda şəhər sakini müəmmalı şəraitdə bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsi, 46 ünvanında baş verib.

1984-cü il təvəllüdlü Bağırlı Anar Hüseyn oğlu qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxananın növbətçi həkimi Bəhram Zeynalovun APA -ya verdiyi məlumata görə, yaralı bıçaq xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.