818
09:44
20 Yanvar 2020

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ümumi sahəsi 240 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 m² sahədə yanıb.

FHN-dən Lent.az -a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.