2731
19:55
23 Yanvar 2020

Qışda evinizi rəngləndirəcək yataq otağı dizaynı - FOTOLENT

Qışda xüsusilə də yataq otağınızdakı rahatlıq və istilik sizi hər zamankındən daha çox cəlbedici olmalıdır. Evinizi rəngləndirəcək və sizi istiləşdirəcək yataq otağı dizaynlarını sizin üçün hazırladıq.

Lent.az Türkiyə mətbuatına istinadən sözügedən dizaynları təqdim edir:

Rahatlığı sevənlər üçün “Hygge” tərzi

Danimarka tərzi ev bəzəyi kimi tanınan "Hygge" üslubu ilə evinizdə isti bir görünüş yarada bilərsiniz. Bu dizayn xüsusilə fərqli üslub axtaranlar üçün mükəmməl olacaq.

Parlaq və klassik

Parlaq və canlı bir görüntü üçün bu cür dizaynları nəzərdən keçirə bilərsiniz. Xüsusilə müasir və gündəlik dekorasiyanı birləşdirmək istəyənlər qışda bu üslubdan yararlana bilələr.

Təbiətin gücündən istifadə edin

Qışda təbiət gözəlliyini evinizə gətirə bilərsiniz. Bunun üçün təbiəti əks etdirən rəsm əsələrini və bitkiləri yataq otağınıza qoya bilərsiniz.

İsti stil

Qalın ədyal, yumşaq rənglər və işıqların birləşməsi ilə yataq otağınızda rahat və isti görünüş əldə edə bilərsiniz. Yatağınızın üzəri üçün isə plüş ədyal və hörmə yastıqlardan istifadə edə bilərsiniz.

Hündür olmayan çarpayılar, dağılmış görüntü

Daha minimal və hündür olmayan yataqlardan istifadə etmək istəyənlər bu dizaynı sevəcəklər! Əgər evinizə qurtula bilmədiyiniz qarışıq varsa, onu yataq otağınızda bir dizayna çevirə bilərsiniz.

Soyuq havada baharı əks etdirən dizayn

Qışda ən çox darıxdığımız şey günəş və təbii mühitdir. Əvvəlki dizaynlarda qeyd etdiyimiz kimi, otağınızda təbiətin və rənglərin birləşməsindən istifadə edərək evdə bahar atmosferi yarada bilərsiniz.

Bədii üslub

Əl işlərindən ibarət bəzəkləri qış əşyaları ilə birləşdirərək fərqli bir üslub əldə edə bilərsiniz.