787
15:32
20 Yanvar 2020

Belarusun Müdafiə naziri dəyişdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Viktor Xrenini ölkənin Müdafiə naziri təyin edib.

APA-nın Belarus mətbuatına istinadən verdiyi məlumata görə, Belars Prezidenti Aleksandr Lukashenkonun sərəncamına əsasən, Belarusun Qərb Əməliyyat Komandanlığının keçmiş rəhbəri olan Viktor Xrenini müdafiə naziri təyin edib. O, əvvəllər bu vəzifədə çalışan Andrey Ravkovu əvəzləyib.