676
16:46
20 Yanvar 2020

Çində təhlükəli virusdan 3 nəfər öldü

Çin hökuməti yeni koronavirusun ölkənin bir neçə şəhərində kəskin yayılması faktını təsdiqləyib.

APA-nın "Reuters"a istinadən verdiyi məlumata görə, xəstələrin sayı üç dəfə artıb, 3 nəfər sözügedən virusdan artıq həyatını itirib.

Ümumilikdə, Uhan şəhərindən yayılmağa başlayan sətəlcəmə səbəb olan virusa son bir həftə ərzində 136 nəfər yoluxub. Bundan əvvəl 62 yoluxma faktı qeydə alınmışdı.