926
13:18
21 Yanvar 2020

“Ronaldo bəzən problem yaradır” – Sarri

“Yuventus”un baş məşqçisi Maurisio Sarri komandanın futbolçusu Kriştianu Ronaldo haqda danışıb.

Lent.az -ın məlumatına görə, təcrübəli mütəxəssis portuqaliyalı hücumçunun “Yuve” üçün vacibliyindən bəhs edib.

“O, bəzən problem yaradan, bununla belə, yüzlərlə problemi həll edən çempiondur. Aydın məsələdir ki, bütün komanda onun ətrafında oynamalıdır. Ronaldonun çoxlu qol vurması fiziki və psixoloji hazırlığının göstəricisidir. Kriştianu həmişə nəticə əldə etməyi hədəfləyir. Hər dəfə qol vurduqca özünəinamı daha da artır. Son 6-7 görüşdə 11 dəfə fərqlənib. Əla statistikadır”, - deyə M.Sarri bildirib.

Qeyd edək ki, “Yuventus” A Seriyasında 20 oyundan 51 xal toplayaraq 1-ci pillədə qərarlaşıb.