751
13:04
21 Yanvar 2020

Siqaret çəkən futbolçunu “Qarabağ”ın qapıçısı əvəzlədi



Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Qurban Məhərrəmov yığmaya çağırılıb.

Qapıçı yığmada yaranan qolkiper problemini həll etməlidir. Siqaret çəkdikləri üçün "Neftçi"nin qapıçısı Elnur Hüseynov və "Zaqatala"nın əlcək sahibi Vüsal Şabanov komandadan kənarlaşdırılıb.

Qeyd edək ki, Q.Məhərrəmov ötən mövsüm U-17 Liqasının ən yaxşı qapıçısı seçilib.