3170
19:11
21 Yanvar 2020

Bu şəhərin üzərində mələk şəklində bulud göründü

İngiltərənin Villenhall şəhəri üzərində uzanan qanadları olan bir mələk şəklini xatırladan inanılmaz bir bulud görünüb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, qeyri-adi fenomeni bir yerli sakin Kerolayn Hotorn mətbəxdə çay dəmləyəndə görüb. 42 yaşlı qadın bulud dağılmamış bir neçə şəkil çəkməyə də fürsət tapıb.

Hotorn şəkilləri öz doğmaları və dostlarına da göndərib. Onlar cavablarında deyiblər ki, bulud mələk fiquruna, yaxud İisus Xrista bənzəyir.