311
15:21
21 Yanvar 2020

Bakıda silahla gəzən keçmiş məhkum saxlanıldı

Bakıda üzərində odlu silah gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumaat görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Ramil adlı şəxsin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs, paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Həsənov tutularaq Baş İdarəyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” markalı silah, ona məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı tapdığını və polisə könüllü təhvil vermək əvəzinə üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.