2196
18:59
21 Yanvar 2020

Bütün Pakistan Həyata qız axtarır - 36 yumurta, 3 kilo ət, 5 litr süd

Pakistanlı Ərbab Hizer Həyat evlənmək üçün qız axtarır.

Lent.az -ın “Daily Mail”ə istinadən məlumatına görə, onun evlənmək təkliyi ilə müraciət etdiyi 200 qız Həyata rədd cavabı verib.

Məlumata görə, bunun da əsas səbəbi Həyatın çəkisinin 440 kilo olmasıdı.

Həyat yerli KİV-lərdə evlənəcəyi qızın azı 100 kq çəksinin olmasını da xüsusi qeyd edib. Amma bununla belə heç kim onunla evlənmək istəmir.

Onun təkcə çəkisi deyil, gündəlik qida rasionu da evlənmək istəyən qızları qorxuya salıb.

Belə ki, Həyat səhər yeməyində 36 yumurta yeyir. Gün ərzində isə onun rasionuna 3 kilo ət, 5 litr süd, bir neçə kasa düyü və s. ərzaqlar daxildir.

Hazırda Pakistanda Həyat üçün qız axtarılır.