1460
12:04
22 Yanvar 2020

Reper Paster azadlığa buraxıldı

Reper Pərviz Quluzadə (Paster) azadlığa buraxlıb.

APA-nın məlumatına görə, cəza müddətini başa vuran reper ötən gün azadlığa çıxıb.

Qeyd edək ki, bir ay öncə P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər edərkən polis tərəfindən saxlanılıb. Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.