586
19:22
23 Yanvar 2020

Bakı məktəbliləri ötən il 993 medal qazanıblar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlər 2019-cu ildə idman sahəsində ciddi nailiyyətlərə imza atıblar.

Lent.az -a idarədən verilən məlumata görə, Bakı məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc olmaqla ümumilikdə, 993 medal əldə ediblər.