1236
18:57
23 Yanvar 2020

Müştəriyə gətürdüyü pizzaya tüpürdü: cəzası ağır olacaq

Türkiyənin Eskişəhər şəhərində sifariş kimi apardığı pizzaya tüpürən və bu hərəkətini mobil telefonu ilə qeydə alan kuryer üçün 18 ilə qədər həbs cəzası tələb olunub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prokuroru, pizza kuryeri Burak S. haqqında “hər cür yemək və ya istehlak ediləcək şeylərə zəhər əlavə edərək insanların həyatına və sağlamlığına təhlükə yaratmaqdan və ya qidaya digər yollarla müdaxilə edərək insanların həyatını təhlükəyə düşürməkdən” 2 ildən 15 ilə kimi, “məhsula zərər vermək” əməlindən isə 4 aydan 3 ilə qədə həbs cəzası tələb edib.

Qeyd edək ki, Eskişəhərdə motosikletlə servis xidməti göstərən kuryer 2017-ci ildə sifariş götürdüyü pizzanın üzərinə tüpürüb və bu əməlini mobil telefonu vasitəsilə çəkib. Daha sonra onu sifariş verən şəxsə təqdim edib. O, bu hərəkəti binaya daxil olduqdan sonra törətdiyindən olanlar təhlükəsizlik kamerasına düşüb və ortaya çıxıb.