661
19:16
23 Yanvar 2020

Hindistan kosmosa insanabənzər robot göndərəcək

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı yanvarın 22-də pilotsuz kosmik uçuşa göndəriləcək insanabənzər robot təqdim edib.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, qadın sifətli və uzunsaçlı robot Viom Mitra ("kosmos", "dost" və "tanrı" mənasını verən viom və mitra sözlərindən ibarət) adlanacaq.

O, müxtəlif vəzifələri yerinə yetirir və ingilis və hindi dilində danışır.

Plana görə, robotu daşıyacaq kosmik gəminin buraxılışı 2020-ci ilin sonunda həyata keçiriləcək. Viom Mitra insanı simulyasiya edəcək və Yer kürəsinə hesabat göndərəcək.