767
17:38
23 Yanvar 2020

İki birmərtəbəli ev yandı

Bakıda və Ağcabədidə ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Ağcabədi rayonunda qeydə alınıb. Ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.