1381
18:14
23 Yanvar 2020

"Mançester Siti" Çempionlar Liqasından kənarlaşdırıla bilər

"Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Premyer Liqa təmsilçisinin saxtakarlığa yol verməsidir.

"Guardian" nəşri "şəhərlilər"in Maliyyə Feyr-Pley qaydalarını pozduğunu iddia edib. Araşdırma nəticəsində klubun 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər barədə yanlış məlumat yaydığı üzə çıxıb. UEFA həmin vaxt 49 milyon funt-sterlinq məbləğində cərimə kəssə də, klub qitə futbol qurumuna saxta sənədlərlə borcun bağlandığını çatdırıb.

Sponsorluq müqavilələrinin çoxu klubun sahibi şeyx Mansurun şirkətləri ilə əlaqəlidir. Bundan başqa, ingilislər 2012 və 2013-cü illər üçün bank hesablarına daxilolmalar barədə arayış təqdim etməyib. Həmin dönəmdə UEFA-nın bu iş üçün ayırdığı nümayəndələr isə sonradan istefa vermişdilər.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir. "Mançester Siti" təqsirkar bilinərsə, Çempionlar Liqasından kənarlaşdırılacaq.