1394
18:16
23 Yanvar 2020

Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Kənd ərazisində çalışan “Polad İnşaat”ın əməkdaşları - Tovuz sakinləri Abdullayev Suliddin Valeh oğlu, Abdülvəzirov Ayət İsmayıl oğlu və Türkiyə vətəndaşı Xudayi Nihadı elektrik cərəyanı vurub.

Yaralılar Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

S.Abdullayev və A. Abdülvəzirovun vəziyyəti ağır qiymətləndirilir.