769
19:06
23 Yanvar 2020

Yanğın söndürən təyyarə qəzaya uğradı: ölənlər var - Avstraliyada

Avstraliyanın Kuma şəhərində meşə yanğınlarının söndürülməsinə cəlb olunan C-130 Hercules hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Məlumata görə, qəzadan əvvəl yerli yanğın xidməti Cnoui Monaro rayonunda işləyən hava gəmisi ilə əlaqəni itirib.

Yeni Cənubi Uels ştatının kənd yanğın xidmətinin komissarı Şeyna Fitsimmonsunun sözlərinə görə, qəzanın səbəbi hələ ki müəyyənləşdirilməyib.