901
09:09
24 Yanvar 2020

Ayın ən yaxşısı seçildi - Liqa1-də


Fransa çempionatında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, "Monako"nun hücumçusu Vissam Ben-Yedder bu ada layiq görülüb.

Bu xəbəri Fransa Peşəkar Futbolçular Birliyi tvitter səhifəsi vasitəsilə yayıb. 2019-cu ilin son ayında 29 yaşlı forvard Liqa1-də meydana çıxdığı 4 görüşdə 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Vissam Ben-Yedder "Monako"ya ötən ilin yayında "Sevilya"dan transfer olunub.