884
15:59
27 Yanvar 2020

Həcc ziyarəti üçün sənəd verənlərin sayı AÇIQLANDI

Həcc ziyarətinə sənəd qəbulu başlanandan 10-a yaxın müraciət qeydə alınıb.

Bu barədə Lent.az -a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Xatırladaq ki, Həcc ziyarətinə sənəd qəbulu yanvarın 24-dən başlayıb.

Sənədlərin qəbulu Ramazan ayının (may ayının sonu) sonuna kimi davam edəcək.

Həcc ziyarətinə 1500 nəfərlik kovata ayrılıb.

Ziyarətin qiyməti isə bir nəfər üçün 4490 dollar müəyyən edilib.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün zəvvarlar 4285 dollar ödəyib. Ötənilki kvota 1440 nəfər olub.

Azərbaycanda Həcc ziyarətini QMİ təşkil edir.