1073
18:00
27 Yanvar 2020

Qadın sürücü avtobusun qabağını belə kəsdi - VİDEO

Heydər Əliyev prospektində qadın sürücü avtobus sürücüsünü təhqir edib.

Lent.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev öz “Facebook” profilində məlumat paylaşıb. Belə ki, videodan da göründüyü kimi qadın sürücü dayancaqda 1 nömrəli marşrut avtobusunun qarşısında dayanaraq, onun hərəkətinə mane olub. Lakin buna baxmayaraq, qadın sürücü avtobus sürücüsünü təhqir edib. Mais Ağayevin olayla bağlı paylaşımını olduğu kimi təqdim edirik:

“Oğru elə bağırdı doğrunun bağrı yarıldı buna deyirlər. Dayanacaqda saxlayaraq avtobusun yolunu kəsib, onlarla insanın gecikməsinə və əsəbləşməsinə səbəb olasan, üstəlik özünü haqlı sayasan. Beləsinə nə deyəsən ?! Məlum hadisə bu gün səhər Heydər Əliyev prospektində Milli Gimnastika Arenasının qarşısındakı dayanacaqda olub. 1 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun qarşısında saxlayan sürücü daha sonra sürücünü də təhqir edib. Hazırda avtobusdakı müşahidə kameralarının görüntüləri araşdırılır. Daha sonra tam görüntülər təqdim olunacaq”.