1983
19:21
27 Yanvar 2020

Türkiyədə zəlzələdən sonra biabırçı olay: Polis tutdu

Türkiyədə zəlzələdən sonra maşınların təkərini partladan şəxs saxlanılıb.

Lent.az Türkiyə KİV-ə istinadən bildirir ki, Diyarbəkirdə hadisədən dərhal sonra naməlum şəxs əlinə bıçaq alaraq onlarla maşının təkərini partladıb. Yerli polis orqanları iki məhəllədə ümumilikdə 64 avtomobilin təkərini partladan şəxsin C.Y. olduğunu müəyyən ediblər. Şübhəli şəxs nəzarətə götürülüb və onun əvvəlki cinayət əməllərinə görə axtarıldığı məlum olub.

Qeyd edək ki, ötən həftənin cümə günü yerdən təxminən 6.8 km dərinlikdə baş verən zəlzələnin mərkəzi Elazığ şəhəri olub. Zəlzələ Diyarbəkirin Bismil qəsəbəsində daha çox hiss edilib. Son məlumata görə, təbii fəlakət nəticəsində 42 nəfər həyatını itirib.