2276
09:02
28 Yanvar 2020

Saçların tökülməsi və tez ağarmasına nələr səbəb olur?

Saçların tökülməsi və vaxtından əvvəl ağarmasına səbəb olan amillər barədə araşdırma aparılıb.

e-tibb.az xəbər verir ki, bununla bağlı aparılan araşdırmadan sonra mütəxəssislər belə qənaətə gəliblər ki, saçları tökən və vaxtından əvvəl ağarmasına səbəb olan əsas amillərdən biri qidalanmadır. Gözəl və qalın saçların əsas düşmənləri kolbasa məmulatları, bütün emal olunmuş ət məhsulları, eləcə də qədərindən çox yeyilən naringidir.

Həkimlər bu qidaların müntəzəm olaraq çox miqdarda yeyilməsinin maddələr mübadiləsini pozduğuna dair nəticəyə gəliblər. Onlar hesab edir ki, saçlar ən çox bu səbəbdən tökülür.
Bundan əlavə, pasterizə olunmuş inək südünün saçların vəziyyətinə mənfi təsir göstərdiyi deyilir. Bu, dəridə olan yağlılığı artırır, bu isə öz növbəsində dərinin qıcıqlanmasına və infeksiyaların yaranmasına səbəb olur.
Şəkərli qazlı içkilərdə olan bir çox kimyəvi komponentlər də saçlara mənfi təsir edir.
Saçın gözəlliyini qorumaq naminə çox miqdarda seleni ehtiva edən püstə, hind qozu və sarımsağın tez-tez istifadəsi yolverilməz sayılır.
Təbii qidada olan selen viuslara təsir göstərir, kişilərdə və qadınlarda nəsil yetişdirmə qabiliyyətini artırır, xərçəng və autoimmün xəstəlikləri, həmçinin tiroid xəstəliklərinin inkişaf riskini azaldır. Bununla yanaşı, onun artıq dozası yuxarıdakı saç problemlərinin yaranmasına səbəb olur.
Həmçinin, mütəxəssislərin fikrincə, saç tökülməsinə C vitamini səviyyəsi artıq olan, kalsium çatışmazlığından əziyyət çəkən və lifli qidalardan az istifadə edən insanlarda çox rast gəlinir. A və E vitaminləri ilə zəngin olan məhsullar isə bu problemlərin qarşısını almağa kömək edir.