456
09:19
28 Yanvar 2020

4 otaqlı ev yanıb, xəsarət alan var

Goranboyda 4 otaqlı evdə yanğın olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.