641
10:13
28 Yanvar 2020

Bakıda itkin düşən şəxs Türkiyədə tapıldı

Bakıda itkin düşən şəxs tapılıb.

Lent.az -ın məlumatına görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini 34 yaşlı Orxan Əliyev ötən il dekabrın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə yanvarın 1-də polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının intensiv müvafiq tədbirləri nəticəsində Orxan Əliyevin Türkiyəyə getdiyi müəyyən edilib.