552
11:20
28 Yanvar 2020

Oğurluq edən qardaşlar saxlanıldı - FOTO

Ağdaşda mağazadan oğurluq edilib.

Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Şıxlı kəndi ərazisində yerləşən ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş Coşqun və Seymur Məmmədovlar saxlanılıb. Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb.

S.Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pulu, C.Məmmədovun isə başqa bir şəxslə əlbir olub 2 avtomobildən maqnitofonlar oğurladıqları məlum olub.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsinin İstintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.