660
11:35
28 Yanvar 2020

DİQQƏT: Bu mikrorayonlarda su olmayacaq

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar yanvarın 28-dən gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Lent.az -a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.