792
12:03
28 Yanvar 2020

Rusiya Azərbaycan üçün təqaüd proqramı elan edib

Rusiya Federasiyası 2020-2021-ci tədris ili üzrə “Study in Russia” adlı təqaüd proqramı elan edir.

Bu barədə Lent.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Proqramda iştirak üçün sənədlərin qəbulu https://edu.rs.gov.ru/ internet səhifəsində göstərilən qaydada həyata keçirilir.

Təqaüd proqramına müraciət etmək istəyən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.