764
18:26
28 Yanvar 2020

55 yaşlı qadın kanalda batdı - YENİLƏNİB

Yevlaxda kanalda batan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, araşdırmalar nəticəsində Qarabağ kanalında batan şəxsin, 55 yaşlı Şölə Nağı qızı Rəsulova olması müəyyən edilib.

Hazırda qadının axtarışları davam etdirilir.

***

Saat 18:02


Yevlaxda bir nəfər kanalda batıb.

Bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.