854
05:34
29 Yanvar 2020

Bakıda ər arvadının dabankeşlə başını yardı


Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 5-ci mikrorayon, Cavadxan küçəsində yerləşən mənzildə qeydə alınıb.

1972-ci il təvəllüdlü K.Quliyeva həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən dabankeşlə döyülüb. Başından açıq kəllə-beyin travması alan qadın 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.