1180
05:38
29 Yanvar 2020

Bakıda kişi evin damından yıxılaraq öldü

Bakının Yasamal rayonunda bədbəxt hadisə zamanı 64 yaşlı kişi ölüb.

APA xəbər verir ki, hadisə 1-ci Alatava 31 J ünvanında qeydə alınıb.

1956-ci il təvəllüdlü Zərbəliyev Akif Misir oğlu həyətdə iş görən zaman evin damından yerə yıxılıb.

O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, A.Zərbəliyev ölüb.

Fakt araşdırılır.