479
09:09
29 Yanvar 2020

5 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Bakıda 5 mərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.