578
09:26
29 Yanvar 2020

Taksi sürücüsünü döyüb maşını qaçıran şəxslər saxlanılıb

Paytaxtda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

Lent.az -ın məlumatına görə, yanvarın 27-də gecə saat 4 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini, 51 yaşlı X.Səfərovun baş nahiyyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Şevrolet” markalı avtomobilin ələ keçirib. Bu barədə DİN-nin “102” qaynar xəttinə müraciət daxil olub. Daxil olan müraciət əsasında Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 29 Polis Şöbəsi əməkdaşlarının birgə intensiv əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinənlər – Siyəzən rayon sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunan 20 yaşlı Tehran Güləliyev, 18 yaşlı Elşad Paşayev və 24 yaşlı İlham Sultanov yanvarın 28-də gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.