759
10:04
29 Yanvar 2020

37 yaşlı kişi xəstəxanada öldü

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb. İki gün öncə yüksək dozada narkotik istifadə edərək komaya düşən A.Q. xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.