8282
23:07
01 Fevral 2020

Aynişanı toyunda ağlatdılar - VİDEO 

Bu gün paytaxt məkanlarının birində əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın toyudur.

Lent.az -ın da əməkdaşının qatıldığı məclisdə şou-biznesin bir çox tanınmış simaları iştirak edir. Aparıcı Azər Süleymanlının açılış etdiyi toya öncə səbəbkarlar dəvət olunub. Daha sonra xalq artisti Natiq Şirinovun başçılıq etdiyi "Natiq ritm" qrupu şouları ilə məclisi açıq elan edib. Əməkdar artist Aybəniz Haşımova qızına mahnı oxuyub. İfadan Aynişan göz yaşlarına hakim ola bilməyib. Daha sonra məclis şou ulduzlarının ifası ilə davam edib.

Qeyd edək ki, Aynişan Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə ailə qurur.
Cütlüyün nişanı ötən ilin dekabrında baş tutub. Oğlan toyu isə fevralın 8-də olacaq.

Aynişanın toyundan görüntüləri təqdim edirik: